09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev Özbəkistana səfər edəcək

17.06.2022

Azərbaycan və Özbəkistanın analitik mərkəzləri "Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçirib.

"DM" xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına töhfə verən fikir mübadiləsinin aparılması üçün dialoq meydançası qismində bu formatın zəruriliyi vurğulanıb.

Bildirilib ki, bu formatda ilk görüş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ötən ilin dekabr ayında təşkil olunub. Bu dəfə isə iki ölkənin analitik mərkəzlərinin aparıcı ekspertləri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində bir araya gəliblər. Bu səfər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

Facebook