03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

17.06.2022

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.