03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO-nun təhsil ekspertləri Azərbaycana gəlib

17.06.2022

NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində proqramın Azərbaycan üzrə koordinatorları və NATO-nun müxtəlif təhsil üzrə ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə brifinqlər təqdim olunub.

Sonra qonaqlar proqrama uyğun olaraq Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Universitetinin Hərbi Tibb Fakültəsində olublar. Burada onlara tədris prosesi barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.