25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev Şahzadə ilə görüşüb

17.06.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib.

"DM" xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirilib. Bu Forumun beynəlxalq səviyyədə artıq qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyi bildirilib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.