04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada Rusiya silahlılarının qətlə yetirdikləri uşaqların sayı artıb

17.06.2022

Ukraynada 322 uşaq Rusiya işğalçıları tərəfindən öldürülüb.

Bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram” hesabında məlumat yayıb.

Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 900-dən çox uşaq zərər çəkib. 322 uşaq həlak olub, 581-dən çoxu yaralanıb.

Bu rəqəmlərin yekun olmadığı bildirilir.

Əksər uşaq ölümləri Donetskdə (301 nəfər), Xarkovda (170 nəfər) və Kiyevdə (116 nəfər) qeydə alınıb.

Rusiya Silahlı Qüvvələri Ukraynada 2028 təhsil müəssisəsinə ziyan vurub, onlardan 209-u tamamilə məhv edilib.

Mənbə: Ukrainskaya Pravda