25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rumıniyanın keçmiş baş naziri: “Azərbaycan enerji məsələsində Avropa üçün həll yoludur”

16.06.2022

"Azərbaycan bu gün enerji məsələsində Avropa üçün həll yoludur”.

Bunu  Rumıniyanın keçmiş baş naziri Petre Roman bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edərək enerji resurslarının hasilatını və təchizatını artıra bilər.

O, Azərbaycanın neft-qaz gəlirlərindən ölkənin inkişafı üçün necə rasional şəkildə istifadə edə bilməsinə heyran qaldığını deyib: "Azərbaycanda bu konsepsiyadan mükəmməl şəkildə istifadə olunub. Prezident İlham Əliyev bu konsepsiyanı davam etdirir”.

P.Roman əlavə edib ki, hazırda Azərbaycanın böyük həcmdə neft və qaz hasil etmək üçün investisiyalara ehtiyacı var.