28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ADU kollektivi Şuşaya gedib

16.06.2022

Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Şuşaya səfər edib.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərdə ADU-nun prorektorları, dekanlar, professor-müəllim heyəti və inzibati heyətin bir qrupu iştirak edib.

Səfərin əsas məqsədi "Şuşa ili” çərçivəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

ADU-nun kollektivi Cıdır düzünü, Vaqif məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, o cümlədən ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələrini ziyarət ediblər.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların unudulmaz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub, qazilərimizə sağlamlıq arzu ediblər.