28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Poroşenko Bakı forumunda çıxış edib

16.06.2022

Güman edirəm ki, bir həftə sonra Ukrayna Aİ-də namizəd statusu alacaq.

"DM" xəbər verir ki, bunu Ukrayna sabiq prezidenti Petro Poroşenko IX Qlobal Bakı Forumunun panel müzakirələrində onlayn çıxışı zamanı bildirib.

O, ölkəsinin bunun üçün çox şeydən keçdiyini vurğulayıb.

Petro Poroşenko forumun keçirilməsinə və belə bir aktual qlobal platformanın yaradılmasına, həmçinin IX Qlobal Bakı Forumunda Ukrayna məsələsinin müzakirə edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Ukraynada müharibə dayanmayınca dünyada sabitlik olmayacaq. Dünyanın gələcəyi hazırda Ukraynada həll olunur”, - Poroşenko əlavə edib.

Onun sözlərinə görə, Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq edilməli və Ukraynaya daha çox silah verilməlidir.