27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarici səyyah: “Ermənilər işğal etdikləri ərazilərdə heç təsərrüfatla da məşğul olmayıblar”

16.06.2022

"Azad edilən ərazilərə ikinci dəfədir ki, səfər edirəm. İlk dəfə ötən ilin sentyabr ayında gəlmişdim. Buralar çox gözəl bərpa olunur. Azərbaycan sürətlə bu işləri görür”.

"DM" xəbər verir ki, bunu azad edilən ərazilərə səfər edən ABŞ-dan olan səyyah Charles Veley deyib.

O, ermənilərin işğal dövründə törətdiyi dağıntıların dəhşətli olduğunu bildirib: "Onlar burda hər şeyi dağıdıb, əraziləri isə boş saxlayıblar. Burda heç təsərrüfatla da məşğul olmayıblar. Məscidlərdə isə donuz saxlayıblar".

O, ərazilərin ermənilər tərəfindən minalandığını, bunun böyük təhlükə olduğunu vurğulayıb.

Qeyd edək ki, xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri başlayıb. Səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.

Bu gün Xocavənd rayonunda "Daş dövrün" adamlarının yaşadığı "Azıx mağarası"na baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək. Daha sonra səyyahlar Ağdam, Kəlbəcər və Laçında olacaqlar.