07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Elmira Əmrahqızı

24.09.2018

Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub.
 1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib.
1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb.
1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib.
"Bakı”, "Baku”, "Nezavisimaya qazeta” "Azərbaycan gəncliyi”, "Ulduz”, "Azərbaycan qadını” və digər qəzet və jurnallarında işləyib.
1989-1990-cı illərdə "Azadlıq” qəzetində çalışıb.
1989-cu ildə "Kosmos uşaqlar üçün” adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.
1990-cı ildə "Azadlıq” radiosu ilə əməkdaşlığa başlayır.
1993-1998-ci illərdə "Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub.
"Qızıl qələm”, "Həsən Bəy Zərdabi” və "İlin qadını” mükafatlarına layiq görülüb. 27 fevral 1998-ci ildə dünyasını dəyişib. II Fəxri Xiyabanda dəfn edilib.
İki oğlu və iki nəvəsi var.