30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leninin Finlandiyada sonuncu abidəsi də sökülür

14.06.2022

Finlandiyanın Kotka şəhər şurası Sovet lideri Vladimir Leninin sonuncu abidəsinin sökülməsi barədə qərar qəbul edib.

"DM" xəbər verir ki, abidənin muzeyə köçürülməsi təklifi həm şəhər şurası, həm də şəhər sakinlərindən gəlib.

Bildirilir ki, son illərdə dəfələrlə dağıdılan və zədələnən abidənin indi Kymenlaakso muzeyinə köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, eston heykəltəraş Matti Varik tərəfindən inşa edilən abidə Kotkanın o dövrdəki qardaş şəhəri sayılan Estoniyanın paytaxtı Tallinndən hədiyyə olaraq götürülüb.