30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Podolyak: Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür edin...

14.06.2022

Ramşteyn formatının hər bir iştirakçısı gözlərini yummalı və Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür etməlidir. Kruasan üçün səhər raketləri, laylalar üçün gecə sirenaları, min illik tarixi olan şəhərlərin yoxa çıxması.

"DM" xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Silah tədarükünün hazırkı tempi qorunub saxlanılarsa, bu dünya reallığına çevriləcək. Biz qərar gözləyirik”, - Podolyak bildirib.

Qeyd edək ki, iyunun 15-də Brüsseldə Ukraynaya yardım üzrə müdafiə nazirlərinin əlaqələndirmə qrupunun növbəti iclası (Ramşteyn formatı) keçiriləcək.