30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnvestisiyalar üzrə məşhur beynəlxalq konsultant Azərbaycanda iş təklifləri alıb

14.06.2022

İnvestisiyalar üzrə məşhur beynəlxalq konsultant Azərbaycanda iş təklifləri alıbMurat Altıntəpə
Beynəlxalq ekspert və investisiya üzrə konsultant Murat Altıntəpə Azərbaycanda maliyyə savadlılığı mövzusunda treninqlər keçəcək.

Bu barədə ekspert bildirib. Artıq Azərbaycanda ilk dəfə məsləhətçi qismində bu gün keçirilən "Blokçeyn, NFT və Metaverse texnologiları ilə yeni dünyanın qlobal trendləri" adlı seminarda iştirak edib.

Onun sözlərinə görə, Azərbaycanda da maliyyə savadlılığı, pul bazarları hər kəsin maraqlandığı sahələrdəndir:

"Əvvəllər insanlar pul qazanarkən və ya satış həyata keçirərkən "10 dənə satırdımsa, indi 11 dənə satmalıyam ki, inflyasiyaya məruz qalmayım” fikri ilə yola çıxırdılar. İndi isə çox yox, keyfiyyətli satışın önəmli olduğu vacib sayılır. Mən satış texnologiyalarını tədris edirəm. Qiymətləndirmə, marketinq mövzularını izah edirəm. Maliyyə qruplarına maliyyə savadlılığı, texniki analiz mövzularını öyrədirəm. Kriptovalyutalarla bağlı da işlər görürəm. Çünki bəzi şirkətlərin kriptovalyutaya ehtiyacı olmadığı halda, bəzilərinin reklam baxımından buna çox böyük tələbatı olur. Biz bu vəziyyəti öyrənir, sonra isə komanda olaraq şirkətlər üçün kriptovalyuta məsələsini həll edirik".

O həmçinin dünyada bir müddətdən sonra ehtiyac duyulmayacaq peşələr mövzusuna da toxunub:

"Bir müddətdən sonra blokçeyn texnologiyasının geniş tədqiqi nəticəsində bəzi peşələrə - o cümlədən sığortaçılara, sığorta agentlərinə ehtiyac qalmayacaq. Bununla yanaşı pul köçürmə əməliyyatlarını həyata keçirmək üçün banka müraciət etməyə ehtiyac qalmayacaq, çünki mobil telefonlar vasitəsi ilə bunu artıq həyata keçirmək mümkündür. Buna görə də hər birimiz fərd olaraq özümüzü inkişaf etdirməliyik. Xüsusilə karyeramızın bundan sonrakı dövrü üçün peşəmizə uyğun proqramları öyrənməliyik”.

Ekspert qeyd edib ki, qurumlar yeni dövrə keçid edərkən hökumətlər bunu təşviq etməlidirlər:

"Bu iş konkret nəzarət şəklində həyata keçməlidir. Çünki nəzarətsizlik işsizlik probleminə yol aça bilər. Dövlət dəstəyi isə bu problemin qarşısını müəyyən qədər alar”.