30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Öz fənnini yaxşı bilməyən müəllimdən yaxşı direktor olmaz"

14.06.2022

Məktəb direktoru öz fənnini yaxşı bilməlidir. Çünki öz fənnini yaxşı bilməyən müəllimdən yaxşı direktor olmaz.

"DM" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda təhsil siyasəti uşaqların təhsili və böyüməsi ilə bağlıdır:

"Mənə və nazirliyə ən çox verilən suallar təhsildə gündəlik baş verən məişət xarakterli hadisələrlə əlaqəli olur. Lakin təhsil siyasəti kifayət qədər dərin, ölçmə tələb edən sahədir. Təhsilin siyasətini idarə edən mütəxəssislərin sayı çox azdır. Bizdə müəllimlər bu sahədə öz şəxsi mülahizələrini paylaşırlar. Problemlərin, çağırışların həlli mütəxəssis rəyi əsasında həll edilə bilər. Yaxın 5-10 ildə təhsil idarəetməsi və siyasəti üzrə mütəxəssislərin sayı artacaq. Bu da daha keyfiyyəti ictimai müzakirələrin aparılmasına gətirib çıxaracaq”