30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göyçaydakı “Yeraltı hamam” bərpa olunacaq

14.06.2022

Hazırda Dövlət Xidməti tərəfindən Göyçay rayonunda yerləşən "Yeraltı hamam”ın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamam bərpa olunması üçün investisiya planına salınıb.

Bunu Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, Göyçay rayonunda yerləşən "Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Həmin hamam uzun illər sakinlərinin istifadəsində olub.

Sektor müdiri ölkə ərazisində bu tip bərpaya ehtiyacı olan abidələrin çoxluğuna diqqət çəkib: "Eyni zamanda, qeyd edək ki, ölkə ərazisində bu tip, bərpaya ehtiyacı olan tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır”.

Qeyd edək ki, Göyçay rayonunda yerləşən "Yeraltı hamam”ın hazırkı vəziyyəti ilə əlaqədar sosial şəbəkələrdə müzakirələr gedirdi.