04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azər Əliyevə vəzifə verilib

14.06.2022

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.

"DM" Oxu.az-a istinadən xəbər verir ki, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyəti iclas keçirib.

İclasa əsasən, Azər Əliyev I vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.

Hafiz Verdiyevin baş katib, Azər Mustafayevun baş məşqçi olması təsdiqlənib. Hakimlər Kollegiyasının sədri isə Seymur Əsgərov təyin olunub.

Qeyd edək ki, üç gün əvvəl federasiyanın vitse-prezidenti Rüfət Ağayev və baş katib Hafiz Verdiyev istefa verdiklərini açıqlamışdılar. Lakin bunlardan Verdiyev yenidən əvvəlki vəzifəsinə qayıdıb.

Onu da bildirək ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident işləyib.