04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ: Ukraynanı hər şeylə təmin etməyə hazırıq

14.06.2022

ABŞ müxtəlif ölkələrdən olan müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın Rusiyadan müdafiə üçün silahlarla təchiz etmək tələbinin həyata keçirilməsinə hərtərəfli töhfə verməyə hazırdır.

"DM" xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

Onun sözlərinə görə, təkcə ABŞ deyil, həm də dünyanın hər yerindən olan tərəfdaşlar Ukraynaya kömək etməkdə qərarlıdır:

"Biz Ukraynanı çoxlu sayda haubitsa və xeyli miqdarda 155 mm-lik sursatla təmin etdik. Lakin digər ölkələr də 155 mm-lik haubitsalar verib”.

Qərbin Ukraynanın istəklərini, xüsusən daha 1000 ədəd haubitsa və 300 MLRS ilə təmin etməyə hazır olub-olmaması ilə bağlı suala Ostin belə cavab verib:

"ABŞ hər şeyi təmin etməyə və Ukraynanın uğur qazanmasına kömək etməyə hazırdır”.