03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Binəli Yıldırım və türkiyəli nazirlər Şuşaya səfər edəcəklər

14.06.2022

Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir.

"DM”-nın xəbərinə görə, o, sabah - iyunun 15-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Ondan başqa, tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman da qatılacaqlar.