03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsraildən xüsusi əməliyyat: İstanbuldakı vətəndaşlar xilas edilib

13.06.2022

"İstanbula səyahət etməyi planlaşdırırsınızsa, onu ləğv edin. Həyatınıza dəyər bir tətil yoxdur!”

"DM"" Times of İsrael”ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid deyib.

O bildirib ki, İran agentləri israilliləri öldürmək və ya qaçırmaq niyyətindədir.

Bunu real təhlükə adlandıran Yair Lapid səbəb kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvünün öldürülməsinə görə, İranın qisas almaq istəyini əsas göstərib və əlavə edib ki, İstanbula səyahət etmək istəyən İsrail vətəndaşlarına qarşı hücum cəhdləri ola bilər.

Yair Lapid vurğulayıb ki, İsrail təhlükəsizlik təşkilatları, Xarici İşlər Nazirliyi, Baş nazirlik son həftələrdə ölkə vətəndaşların bir qrupunun həyatını xilas edib: "Onlardan bəziləri İsrailə qayıdıb, canlarının qurtarıldığını belə bilmədən bizim aramızdadırlar”.

Xarici işlər naziri Türkiyə hökumətinə ölkədəki israilliləri qorumaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.