03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bolqarıstanda böhran: Nazirlər istefa veriblər

13.06.2022

Bolqarıstanın "Belə bir xalq var” populist partiyasından olan energetika naziri Aleksandr Nikolov və xarici işlər naziri Teodora Gençevskaya bazar ertəsi istefa veriblər.

Bu barədə "Novinite” nəşri yazıb.

Bu istefalardan əvvəl "Belə bir xalq var” partiyasının nazirləri Qrozdan Karadjov (Regional İnkişaf və Təkmilləşmə Nazirliyi) və Radostin Vasilyev (İdman Nazirliyi) istefa veriblər. Onlar Slavi Trifonovun öz partiyasını hakim koalisiyadan çıxarmaq qərarının nəticəsi olaraq bu addımı atıblar.

"Nazir Nikolovun hökumətdən istefa verməsinin səbəbləri sırf siyasidir. O, davamçısı seçilənə qədər öz konstitusiya vəzifələrini yerinə yetirməyə davam edəcək”, - deyə Energetika Nazirliyinin bəyanatında bildirilir.

"İstefanın səbəbi "Belə bir xalq var” partiyasının öz nazirlərini hökumətdən geri çağırmaq qərarı ilə bağlıdır”, - deyə XİN-in açıqlamasında qeyd edilir.

İstefalar baş nazir tərəfindən qəbul edilməlidir və o, bu məsələni Milli Assambleyada səsverməyə çıxarmalıdır. Baş nazir daha sonra yeni nazirləri təyin edir. Bu prosedur üçün son tarix yoxdur və nazirlərin işdən çıxarılması prosesi ləngiyə bilər.

Mənbə: Evropeyskaya pravda