03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib

13.06.2022

ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald Azərbaycana gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər iyunun 15-dək davam edəcək.

"Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət katibinin müavini K.Makdonald Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə, habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyətə rəhbərlik edir. Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Büro qanunun aliliyi, insan haqları və əsas azadlıqlar da daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya, habelə güclü, sabit, firavan və suveren dövlətlərin inkişafına təkan verir”, - Səfirliyin məlumatında qeyd olunub.