03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zatulindən növbəti təxribat: separatçılarla niyə görüşüb?

13.06.2022

Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulini Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa yönəlmiş hərəkətlərdə ittiham edib.

"DM" xəbər verir ki, Ağacanov Zatulinin iyunun 1-4-də Ermənistanda səfərdə olduğunu bildirib.

"Səfərin rəsmi məqsədi mövcud ictimai-siyasi vəziyyət və Qarabağ münaqişəsinin həlli prosesi ilə tanışlıqdır. Amma əslində səfər çərçivəsində Zatulinin keçmiş və indiki qondarma separatçıların "liderləri” ilə görüşü olub. Sual yaranır ki, Zatulin onlarla hansı məqsədlə görüşüb? Fikrimcə, bu, Zatulinin növbəti və məqsədli təxribatıdır”, - deyə o bildirib.

Ağacanovun sözlərinə görə, Zatulinin bu səfərində məqsəd regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək cəhdidir:

"Belə səfərlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ancaq ziyan vurur”.