02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT Baş Assambleyasının prezidenti Azərbaycanda səfərdədir

13.06.2022

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"DM"nın xəbərinə görə, nümayəndə heyəti bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.