02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəblilərin düşdüyü qəza ilə bağlı DYP-dən AÇIQLAMA

13.06.2022

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı ölənin olması ilə bağlı iddialara cavab verib.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, qəza zamanı ölən olmayıb:

"Bu məlumat həqiqəti əks etdirmir”.

Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi "Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.

Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.