02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenkodan məmurlara çagırış olub

10.06.2022

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus rəsmilərini 2020-ci il seçkisi ilə bağlı etiraz aksiyalarından nəticə çıxarmağa və Ukrayna ssenarisinin təkrarlanmasının qarşısını almağa çağırıb.

"DM" xəbər verir ki, bu barədə "BelTA” məlumat yayıb.

"2020-ci ildə və ondan sonra baş verənlərdən nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atacağıq. Amma bu, Ukraynadan daha çətin olacaq. Sizi qorxutmuram - bilirsiniz ki, mən elə-belə danışmıram. Əzizlərim, Allah eləməsin, hansısa qarışıqlıq başlasın, əgər olsa, başa düşürsünüz ki, biz (hakimiyyət - red.) öndə olacağıq. Pulemyotla mən deyil, siz öndə olacaqsınız”, - o bildirib.

Lukaşenko qarşısında əyləşən məmurların bunu istəyib-istəmədiyini soruşub və özünün də istəmədiyini qeyd edib.