28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdakı “Formula-2” yarışında iki qəza baş verib

10.06.2022

Bakıda keçirilən "Formula-2” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib.

"DM"-nın məlumatına görə, "MP Motorsport” komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

İkinci qəzada isə "Campos Racing” komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb.

25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.