28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskva Bakının qarşısında geri çəkilir: “düzəlişlər”in səbəbi...

10.06.2022

Rusiyanın rəsmi dövlət agentliyi "RİA Novosti” erməni separatçı-terrorçu Artak Beqleryanla müsahibəsi saytından silib. Rusiya XİN Sergey Lavrovun da ötən gün İrəvanda Fərrux kəndi ilə bağlı səhvini düzəltdi.

Rusiya Mədəniyyət Nazirliyi isə erməni rəssamın "Dağlıq Qarabağın sirləri” sərgisinin adından "Dağlıq Qarabağ” sözünü çıxartdı.

Moskva bütün bunları xoşluqla etmir, Bakının tələbi qarşısında etməyə məcbur olur. Lakin bu cür təxribatlara yol verilməsi, ardınca edilən düzəlişlərin üç hədəfi var:

Birincisi, Rusiya Azərbaycanın "əsəblərini yoxlayır”, müqavimətinin hara qədər ola biləcəyini sınayır;

İkincisi, Bakıya "separatçıları legitimləşdirə də bilərik” mesajını verir;

Üçüncüsü, "separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır” demək istəyirlər;