28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya MN Ukraynanın son sutkada verdiyi itkiləri açıqlayıb

10.06.2022

Son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-25 hücum təyyarəsini, bir MiQ-29 qırıcısını və beş pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Xarkov vilayətinin Dolqenkiy rayonunda bir Su-25 və Dnepropetrovsk vilayətinin İnqulets şəhərində bir MiQ-29 hərbi təyyarəsini vurub. Həmçinin ötən sutka ərzində Ukraynanın 5 pilotsuz uçan aparatı məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb. "Ümumilikdə, xüsusi hərbi əməliyyatlar başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 195 təyyarə, 130 helikopter, 1168 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksləri, 3484 tank və digər döyüş zirehli nəqliyyat vasitələri, 499 reaktiv yaylım atəşi sistemi, 1843 artilleriya və minaatan qurğuları, o cümlədən 3528 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".