28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki ölkə Ukraynanın AB üzvlüyünə qarşıdır

10.06.2022

Gələn həftə Avropa Komissiyasının (AK) Ukraynaya AB üzvlüyü üçün namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.

Bu barədə "Blumberq” mənbələrə istinadən məlumat yayıb.

"Uzunmüddətli üzvlük prosesini tezləşdirmək üçün sürətli yol yoxdur və Ukrayna hələ də blokun genişlənməsinə qarşı çıxan əsas dövlətlərin etirazlarını dəf etməlidir. AK-ın yekun rəyi müsbət olsa belə, Ukraynaya rəsmi statusun verilməsi üçün üzv dövlətlərin təsdiqi tələb ediləcək. AB liderləri bu məsələni iyunun 23-24-də Brüsseldə müzakirə etməyə hazırlaşırlar. Üzvlük prosesinin yekunlaşması on ildən çox çəkə bilən kompleks addımlar və şərtlər toplusunu əhatə edir. AK-ın rəyinin iyunun 17-də veriləcəyi gözlənilir. Bəzi üzv dövlətlər, o cümlədən Niderland indiyədək Kiyevin təklifinin dəstəklənməsinə qarşı çıxıb. Danimarka isə Ukraynanın demokratiya, qanunun aliliyi, insan haqları və s. amillərlə bağlı meyarlara kifayət qədər cavab vermədiyini bildirib”.