28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda KTMT NŞ-nin iclası başlayıb

10.06.2022

İrəvanda KTMT Nazirlər Şurasının məhdud tərkibdə iclası başlayıb.

"DM" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, məhdud tərkibli iclasdan sonra geniş tərkibdə iclas keçiriləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin Baş katibi Stanislav Zas mətbuata bəyanatlarla çıxış edəcəklər. İclasın gündəliyinə beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana sürətli reaksiya mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər daxildir. İclasın yekununda KTMT-yə üzv dövlətlərin nümayəndələri arasında xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə anlaşma memorandumunun, 2022-2024-cü illər məsləhətləşmələr proqramının imzalanması planlaşdırılır.