28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya patriarxına sanksiya niyə ləğv edilib?

10.06.2022

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə qarşı sanksiyaların tətbiqi qərarı siyasi cəhətdən razılaşdırılıb, lakin son mərhələdə ləğv edilib. Hansı səbəblərdən, bilmirəm.

Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

Landsbergis bildirib ki, Patriarxın adının daha əvvəl sanksiya siyahısına salınması onun müharibədə rol oynamasından xəbər verir:

"Litva Yeddinci sanksiyalar paketində Patriarx Kirilli, həmçinin Rusiya qazının alınmasına məhdudiyyətləri görmək istəyir. Çalışacam ki, Patriarx Kirill AB-nin yeni sanksiyalar paketinə daxil edilsin”.

Qeyd edək ki, bundan öncə Patriarx Kirillin adının sanksiyalar siyahısından çıxarılmasına səbəb kimi Rusiya ilə danışıqlar və Ukraynanın bir hissəsinin Kremlə güzəştə gedilməsi üçün gizli razılaşmalar olduğu iddia edilmişdi.