28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid övladından pul tələb edən “Kaspi” sualdan yayınıb

10.06.2022

Xəbər verdiyimiz kimi, Kaspi Təhsil Şirkətinin şəhid övladının liseydə təhsil alması üçün pul tələb etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Kaspi Təhsil Şirkətidən bildirilib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması təəssüf doğurur.

Buna baxmayaraq, qurumdan mövzuya aydınlıq gətirilməyib.

"Yaxın günlərdə mövzu ilə bağlı Kaspi Təhsil Şirkəti tərəfindən mətbuata ətraflı açıqlama veriləcək”, - deyə bildirilib.

Qeyd edək ki, şəhid kapitan Elçin İsmayılovun kiçik oğlunun Kaspi Təhsil Şirkətində təhsil alması üçün 2800 manat ödəniş tələb edildiyi barədə məlumat yayılıb.