28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı metrosunda qadına qarşı əxlaqsızlıq edən şəxs həbs olunub

10.06.2022

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə iyunun 8-də metronun "Ulduz” stansiyasında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Füzuli Məcidov (ad və soyad şərtidir - red.) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

F. Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.