28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəsmi Bakıdan Lavrova Fərrux dağı ilə bağlı CAVAB

09.06.2022

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda Fərrux dağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

XİN bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - deyə XİN bildirib.

Qeyd edək ki, Lavrov Fərrux dağı ilə bağlı məsələni sərhədlərin delimitasiyası kontekstində dəyərləndirib. Halbuki, Fərrux dağı və kəndi sərhəddə deyil.