28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polkovnik-leytenant faciəvi şəkildə həlak olub

09.06.2022

Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

"Qafqazinfo” xəbər verir ki, hadisə dünən Gəncədə baş verib.

Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi KİA markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Şöhrət Namazov Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.