28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şirvanda dələduzluq edən qadın saxlanılıb

09.06.2022

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək onun 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

"Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Qeyd edək ki,Trend Ülviyyə Balayevanın saxlanılana qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışdığını yazıb.