28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uşağa qarşı zorakılıq: Bağça müdiri və aşpaz cəzalandırılıb

09.06.2022

Şamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb.

"DM" xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Şamaxı şəhər 3 saylı bağçasında tərbiyəçinin uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən İdarə müvafiq araşdırma aparıb:

"Araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb. İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib. Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. Bağça müdiri aşpazın izahatını alıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib. G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib".