28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müharibənin taleyini dəyişən 15 yaşlı ukraynalı

09.06.2022

Ukrayna-Rusiya müharibəsi tam sürətlə davam edərkən müharibənin ən kritik dövründə Ukrayna ordusunun köməyinə 15 yaşlı yeniyetmənin gəldiyi üzə çıxıb. Budur, müharibənin gedişatını dəyişən əməliyyat...

"DM" "Qlobal Nyus”a istinadla xəbər verir ki, rus qoşunlarının Kiyevə doğru irəlilədiyi bir vaxtda Ukrayna ordusunun köməyinə 15 yaşlı uşaq gəlib.

Ukraynalı yeniyetmə Andriy Pokrasa Kiyevə yaxınlaşan Rusiya karvanının yerini müəyyən etmək üçün pilotsuz uçuş aparatından (PUA) istifadə edib.

Bu məlumatı Ukrayna ordusu ilə paylaşan 15 yaşlı Pokrasa orduya rus karvanını artilleriya atəşi ilə dayandırmağa imkan verib.

Ukraynalı komandir Yuri Kasjanov 15 yaşlı Pokrasa barədə deyib:

"O, regionda pilotsuz təyyarələrdə təcrübəsi olan yeganə şəxs idi... O, əsl qəhrəmandır, Ukraynanın qəhrəmanıdır”.

Pokrasanın verdiyi kəşfiyyat məlumatı sayəsində rus karvanı Kiyevdən təxminən 60 kilometr aralıda, Berezivka yaxınlığında məhv edilib.

Əməliyyatın ilk günündən Kiyevi hədəf kimi qarşıya qoyan rus ordusunun şəhəri ala bilməməsi müharibənin gedişatını dəyişdi və rusların hədəflərini şərqə çevirməsinə səbəb oldu.

"Əsas məqsədim dəqiq koordinatları müəyyənləşdirmək və əsgərlərə həmin koordinatları vermək idi... Mən onlara koordinatları və fotoşəkilləri verdim, sonra konvoyu hədəfə aldılar”, - 15 yaşlı gənc İHA pilotu açıqlamasında deyib.