28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ohanesyan: Putin bizi müharibəyə qoşur

09.06.2022

Ən çətin anında Moskvanın yadına düşdü ki, KTMT də var. Kremldə anladılar ki, bu təşkilatı asanlıqla Ukraynadakı müharibəyə qoşmaq olar.

"DM" xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Samvel Ohanesyan bildirib.

"Rusiyanın "qardaş” xalqına qarşı mübarizəsi getdikcə çətinləşir. Moskva bu müharibəyə buryatları, çeçenlərı-kadırovçuları, hətta muzdluları belə çağırır. Bu, ona görə baş verir ki, ruslar müharibəyə getməyə meyil etmirlər. Gənclər internetə daha çox baxırlar və "Roskomnadzor”un bloklarına baxmayaraq, bir çox həqiqi məlumatları ala bilirlər. İnternetdə isə, "təəssüf ki” Kreml üçün heç də həmişə Putinin ürəyincə olan məlumatlar yayılmır. Ordunu dolduracaq heç kim yoxdur, çünki rusların mövcud demoqrafik mənzərəsini hamı yaxşı bilir. "Qadınlar hələ də uşaq doğur” ifadəsi əhəmiyyətini itirir, çünki qadınlar müdrikləşiblər, uşaqlarını Putinin "sülhün mühafizəsi”, "xüsusi əməliyyatları” və ATO-larının yeminə çevirmək istəmirlər”, – erməni ekspert bildirib.

Onun sözlərinə görə, bu anda Moskvanın yadına KTMT düşdü: "Ah, bizdə hələ də KTMT var!”

"Və bu təşkilatın "xüsusi əməliyyat”da istifadə oluna biləcəyinə dair ilk işarə artıq səsləndi. İndi belə çıxır ki, ermənilər və orta asiyalılar ukraynalılara atəş açacaqlar”, - Ovanesyan bildirib.