Ürək zədəsini bərpa edə bilən gel hazırlanıb  
    
                          
     
                         09.06.2022
 
    
                        Mançester Universitetinin mütəxəssisləri infarkt nəticəsində yaranan zədələri bərpa etmək üçün yeni bioloji parçalana bilən gel hazırlayıblar.
"DM" xəbər verir ki, sözügedən gel hüceyrələrin yeni toxuma əmələ gətirməsi üçün çərçivə rolunu oynayır.
"Peptidlər” adlanan amin turşularından istehsal olunan yeni gel stress vəziyyətində maye kimi davranır və sonra qatılaşır. Bu da hüceyrələri ürəyə daxil olan kimi yerində saxlayır.