28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna səfiri: Təəssüf ki, Türkiyənin mövqeyi dəyişmir

09.06.2022

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan Türkiyə daha neytral mövqe tutub və sanksiyalara qoşulmağa can atmır.

"DM" xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar çıxış edib.

Bodnar vurğulayıb ki, Türkiyə prinsipial olaraq yalnız BMT-nin tətbiq etdiyi sanksiyalara qoşulur:

"Türkiyə prinsipcə yalnız BMT-nin tətbiq etdiyi sanksiyalara qoşulur - bu sanksiya siyasətini dəstəkləyir. Təəssüf ki, 2014-cü ildən bu günə qədər bu vəziyyətdəyik. Biz Türkiyə tərəfi ilə daim dialoq aparırıq, lakin ilk sanksiyalar tətbiq olunandan bəri onun mövqeyi dəyişməyib”.