04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qod Nisanov daha bir vəzifəsindən gedib

08.06.2022

"Kiyev Ploşad” şirkətlər qrupunun sahiblərindən biri, Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov "Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib.

Bu barədə şirkətlər qrupunun mətbuat xidmətindən bildirilib.

"2022-ci il iyunun 3-də Nisanov "Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Nisanov əvvəllər ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Bir müddət öncə isə o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Qod Nisanov 1972-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

Mənbə: TASS