03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azad Abdullayevə verilən ittihamlar məlum olub

08.06.2022

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Azad Abdullayevə verilən ittihamlar məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2,(dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci(rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azad Abdullayevin həbs olunması ilə bağlı xəbəri ilk lent.az saytı yayıb.