29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəzadan ölənlərin sayı 200-ə yaxınlaşıb

22.09.2018

Tanzaniyanın şimalında yerləşən Viktoriya gölündə sərnişin bərəsinin batması nəticəsində həlak olanların sayı 196 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Yukora və Buqolora adaları arasında baş verib. Qəza zamanı bərənin göyərtəsində 400-dən çox sərnişin olub. Hadisəyə gəminin həddən artıq yüklənməsinin səbəb olduğu ehtimal edilir.
Faciə ilə əlaqədar ölkədə dördgünlük matəm elan olunub.
Bu, Tanzaniyada çoxsaylı tələfatla nəticələnən ilk belə hadisə deyil. 1996-cı il mayın 21-də Viktoriya gölündə "Bukoba” bərəsinin qəzaya uğraması nəticəsində 500-dən çox insan həlak olmuşdu.