03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rasim Balayev işə gedə bilmir

08.06.2022

Formula-1 yarışları səbəbindən həmin ərazi bağlı olduğu üçün işə gedə bilmirəm.

Bu sözləri Kult.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, sədr seçiləndən sonra ona çoxlu suallar verilir:

"Gedib müəyyən qrafik tutmalıyıq, iclas keçirməliyik. İşə başlamadığım üçün mənə ünvanlanan suallara konkret cavab verə bilmirəm.

Bir daha təkrar edim ki, mənim sədr seçilməyimlə kinonun düzələcəyini düşünənlər səhv edir. Mən kino çəkən deyiləm axı! Kinonu rejissorlar çəkir. Sadəcə Kinematoqrafçılar İttifaqına aid müəyyən mükəlləfiyyətlər var və biz o işləri görəcəyik. Biz sadəcə kino çəkənlərə bəzi məsləhətlər verə bilərik”, - xalq artisti deyib.