05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov İrəvana gedəcək: üçtərəfli sazişlər müzakirə ediləcək

08.06.2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfər edəcək. O, Ermənistanın xarici işlər naziri, Baş nazir və ölkənin prezidenti ilə görüşəcək.

Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu günlərdə Ermənistan tərəfinin dəvəti ilə Sergey Lavrov İrəvana işgüzar səfər edəcək. Xarici işlər naziri ilə danışıqlar, Baş nazir və nazirlərlə görüşlər nəzərdə tutulub. Ermənistan prezidenti ilə də görüş gözlənilir. Səfəri zamanı Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır”, - Zaxarova bildirib.