05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının mərkəzində “qanunsuz” parkinqi kim tikib?

08.06.2022

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi, piyada səkisinin kiçilməsi hesabına salınan və hazırda artıq "qanunsuz” hesab edilən parkinq sökülüb. Maraqlıdır, Bakının mərkəzində "qanunsuz” parklanma yerini kim tikə bilər? Doğrudanmı iddia edildiyi kimi, Kinematoqrafçılar İttifaqı bu özbaşınalığı törətmək imkanına və texnikasına malikdir? Bu "qanunsuz” tikinti aparılarkən aidiyyəti qurumlar hara baxırmış?

Məsələ ilə bağlı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, Bakıda parkinqlərin tikintisi birbaşa Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətindədir. Hazırda isə BNA Bakı meriyasının tərkibinə verilib.

O bildirib ki, ümumiyyətlə, dövlət əhəmiyyətli obyektlərin, parklanma yerlərinin və s. proseslərin həyata keçirilməsi ilkin olaraq müvafiq İH orqanının icazəsi və sərəncamı ilə aparılır:

"Hansısa bir qurum ərazidə parkinq yerinin olmasını istəyirsə, bununla bağlı ilk olaraq BNA-ya müraciət edir. BNA ərazi üzrə monitorinq aparır və orada parkinq salmağın mümkün olduğunu müəyyən edirsə, o zaman BŞİH-ə hesabat verir və nəticədə BŞİH həmin ərazidə parkinq salınmasına şərait yaradır.

Amma mövcud kadrlarda görünən odur ki, qeyd edilən ərazidə salınan parkinq sanki "özəl” dayanacağı xatırladır. Çünki ora xüsusi avadanlıqlar quraşdırılıb. Buradan isə yalnız icazəsi olan şəxslər istifadə edə bilərlər. Açıqlamalarda da deyildiyi kimi, orada piyada səkisi sökülmüşdü, gediş-gəliş məhdudlaşdırılmışdı.

Bu məsələ ilə bağlı istər BNA, istərsə də BŞİH izahat verməlidirlər. O parkinqi kiminsə özbaşına quraşdırması mümkün deyil. Çünki göründüyü kimi, çox professional şəkildə həyata keçirilmiş bir işdir. Burada müvafiq qurumlar bilavasitə iştirak edib”.