28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Arşakyan: Zas İrəvanın mərkəzində Bakını müdafiə etdi

08.06.2022

Ermənistan KTMT və Aİİ-dən çıxmalıdır. Bu ölü təşkilatlardan İrəvan üçün heç bir əməli fayda yoxdur.

Bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

"Bu yaxınlarda İrəvanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilib. Tədbirdə Azərbaycandan heç bir nümayəndə yox idi, amma KTMT-nin bütün üzvləri Bakıdan qorxurmuş kimi danışırdılar. İrəvanın mərkəzində Azərbaycanın mövqeyini dəstəklədilər. "Biz sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində uğurlu irəliləyişlər əldə etmişik” – deyirdilər. KTMT-nin Baş katibi Stanislav Zas hətta qeyd etdi ki, Bakı bütün regionun təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verir”, - deyə erməni ekspert qeyd edir.

Erməni ekspert bu baxımdan Ermənistanın KTMT və Aİİ-dən çıxması gərəkdiyini vurğulayıb:

"Bu ölü təşkilatlardan bizim üçün praktiki fayda yoxdur. Moskvaya meyilli olmamalıyıq – biz tam sürətlə hərəkət edib NATO-ya, texniki və texnoloji cəhətdən daha inkişaf etmiş Qərbə doğru getməliyik”.