28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə niyə veto qoyub?

08.06.2022

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbini açıqlayıb.

Türkiyə XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbi bu ölkələrin terror problemi ilə bağlı mövqeyidir:

"Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbi terror problemi ilə bağlı mövqeyidir, başqa səbəb yoxdur”, - o deyib.