29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Familiya məbədinin hündürlüyü 100 metrdən çox olacaq

22.09.2018

Barselonadakı Saqrada Familiya məbədində tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Gələn həftə İsa qülləsində hündürlüyü altı metr olan böyük daş plafonlar quraşdırılmasına başlanacaq. Qüllənin ümumi hündürlüyü 172,5 metr olacaq. Beləliklə, məbəd şəhərdə Kolserola teleqülləsindən sonra ən uca binaya çevriləcək.
Məbədin baş memar Jordi Faulinin sözlərinə görə, 60 metrlik qüllənin içərisində panoramlı lift quraşdırılacaq. Qüllənin içərisində kainatın mənzərəsi çəkiləcək. Binanın yuxarı hissəsində açıq rəngli naxışlar yaradılması işləri başlanıb. Yerə yaxınlaşdıqca bu naxışlar tündləşəcək. İnteryerin dizaynını yapon heykəltəraş Etsuro Sotoo hazırlayacaq. Bu dizaynı panoramlı liftdən görmək mümkün olacaq.